OPEC+ neft hasilatı səviyyəsini saxlayıb

 

OPEC+ ölkələri oktyabrda keçirilən görüşdə razılaşdırılmış sutkalıq 2 milyon barel neft hasilatının saxlanılmasına qərar veriblər.

Demokratikmusavat.com xəbər verir ki,  bu barədə OPEC-in saytında dərc olunan kommünikedə qeyd edilib.

OPEC+ üzvlərinin növbəti görüşü 4 iyun 2023-cü ildə keçiriləcək.

Sənəddə o da qeyd edilib ki, OPEC+ üzvləri bazarda tələbə uyğun olaraq istənilən vaxt görüş keçirməyə və əlavə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər.

0.18022513389587