Növbəti həftə (05-06.12.2022 və 08-09.12.2022 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
"Paralel.az" xəbər verir ki, aksiya həftənin
1-ci günü Quba rayonunda (Gənclər Parkı),
2-ci günü Qusar rayonunda (Rəsm Qalereyasının qarşısı),
4-cü günü Xaçmaz rayonunda (Zəfər Parkı),
5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.