Strateji əhəmiyyətli malların siyahısı hazırlanır

 

“Azərbaycanda strateji əhəmiyyətli malların siyahısı hazırlanır. Hazırda bu, dövlət qurumları ilə razılaşdırma mərhələsindədir”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib.

Onun sözlərinə görə, həmin strateji əhəmiyyətli məhsulların siyahısında ərzaq məhsulları da ayrıca qeyd olunub: “Siyahının hazırlanması metrologiyaya uyğun həyata keçirilir. Əhalinin qida tələbatı, həmçinin saxlanma müddətləri də nəzərə alınır”.

H. Əzimov əlavə edib ki, dövlət ehtiyatları iki halda buraxılır: “Birincisi, dövlət ərzaq ehtiyatı ilə bağlı qanunun 30-cu maddəsində qeyd olunduğu hallarda – hansısa fövqəladə halda və ya təchizat dayanaqlığının davam etdirilməsi üçün. İkinci halda isə dövlət ehtiyatlarının saxlama müddəti başa çatdıqda. Yəni istehlak tarixi başa çatmağa yaxın vaxtda malların xarab olmaması məqsədilə onlar bazara buraxılır. Həmin malların əvəzi dövlət ehtiyatlarında tədarük edilir”. 

0.15797090530396