Generalın ilk toplantısı

 

Osman Gündüz:
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti toplantısı ilk dəfə general İlqar Musayevin sədrliyi ilə keçirilib.
Baxıram ki, toplantıda İT təhlükəsizliyi və kiber mühitlə bağlı xeyli vacib məsələlər müzakirə ediblər.
Maraqlıdır ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəhbərinin sədrlik etdiyi Komissiyanın ilk iclasında diqqət cəlb edən aşağıdakı məsələlər də müzakirə predmeti olub :
- yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzanın aktiv edilməsi,
- BMT-nin eGov-la bağlı hesabatında və Kibertəhlükəsizlik üzrə Milli index-də geriləməyimiz, - kritik informasiya infrastrukturlarında bəzi şirkətlərin həllərinin mövcud vəziyyəti və yaratdığı mümkün təhdidlərin qiymətləndirilməsi,
- kiber sahədə cinayət-prosessual qanunvericiliyinin təkmilləşdirilməsi,
- bir sıra elektron informasiya ehtiyatında “Fərdi məlumatlar haqqında” qanunun tələblərinin pozulması halları və s.
Toplantıda müxtəlif istiqamətlər üzrə işçi qruplarının yaradılması , təkliflərin hazırlanaraq hökumətə təqdim edilməsi qərara alınıb.
Xatırladıram ki, Prezidentin 2018-ci ildə imzaladığı fərman əsasında aşağıdakı qurumların rəhbərləri İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasına üzv təyin edilib :
XRİTDX
RİNN
DİN
DTX
Xarici Kəşfiyyat
MN
VXSİ Dövlət Agentliyi
AMEA.

Demokratikmusavat.com

0.19036912918091