“Geodeziya və Kartoqrafiya Agentliyi”nin nizamnamə fondu açıqlandı

 

Nazirlər Kabineti “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”ni təsdiq edib.

Demokratikmusavat.com xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə prezidentinin 27 aprel 2022-ci il tarixli fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Nizamnaməyə əsasən, Agentliyin nizamnamə fondu 872 852 manatdır. Qurumun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

0.18449521064758