İdxal olunan hansı mallar gömrük rüsumundan azad edilir?

 

Yaxın zamanlarda istehsalda istifadə olunan bəzi xammal növlərinin Azərbaycana gətirilməsinin gömrük rüsumlarından azad edilməsi planlaşdırılır.

Demokratikmusavat.com -ın  məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev bildirib.

T.Alverdiyev qeyd edib ki, ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına yönəlmiş bir sıra təşəbbüslərin reallaşdırılması gözlənilir:

"Azərbaycanın 2026-cı ilədək sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində komitəmiz tərəfindən "Yeni gömrük, gələcəyə baxış" proqramı hazırlanacaq. Bu proqramda beş prioritet istiqamət müəyyən edilib. Məsələn, bu günədək "e-customs" portalında avans ödəməsi zamanı sahibkar bu məbləği gömrük borclarının bağlanmasında istifadə edə bilmirdi. Bu problem qeyd olunan proqramda öz həllini tapıb və yanvarın 1-dən bu proqramın işə salınması nəzərdə tutulur".

0.39411282539368