Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması nəzərdə tutulur.
Demokratikmusavat.com xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal iqtisadiyyat şöbəsinin rəisi Cavid Abdullayev deyib.
O bildirib ki, rəqəmsal iqtisadiyyatın formalaşdırılması və bu istiqamətdə işlərin vahid şəkildə bütün aidiyyəti tərəflərin iştirakı ilə inkişaf etdirilməsi üçün sözügedən strategiya hazırlanacaq.
"Bu istiqamətdə artıq işlər görülür və ilkin olaraq işçi qrupu yaradılıb. Strategiyanın ərsəyə gəlməsi üçün bütün qurumların rəy və təklifləri nəzərə alınmalıdır", - deyə C. Abdullayev bildirib.
Könül
Demokratikmusavat.com