Hazırda "IT hubs" adlı layihənin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Demokratikmusavat.com xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal iqtisadiyyat şöbəsinin rəisi Cavid Abdullayev deyib.
O bildirib ki, layihənin məqsədi Azərbaycanın regionlarında müasir texnologiyalar və rəqəmsal sahəyə marağı olan gənclərin ödənişsiz olaraq IT kurslarla təmin olunması istiqamətində dəstək verməkdir: "Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycanın əməkdaşlığı çərçisində həyata keçirilir".
"Bu layihənin ilkin addımları atılıb və yaxın zamanlarda ictimaiyyətə bununla bağlı məlumat veriləcək", - deyə C.Abdullayev əlavə edib.
Könül
Demokratikmusavat.com