Xamneyinin bacısı qızı İran molla diktaturasını sərt tənqid etdi: "Bu rejim batildir..."

 

Siracəddin Hacı:

Seyid Əli Xamneyinin bacısı qızı FƏRİDƏ MURADXANİ İran molla diktaturasını sərt tənqid etdi, bunları söylədi:

"Bu rejim batildir, belə ki, inandığını iddia etdiyi islami hökmlərin heç birini yerinə yetirmədi, xalqa zülm etdi, onu əzdi, yoxsullaşdırdı, dəyərsizləşdirdi, bu gün siyasi gücə, İranın sərvətlərinə hakim olmaq üçün ömrünü zorla uzatmağa çalışır. "

O, Hitlerin, Mussolininin, Səddam Hüseynin aqibətini xatırladaraq Xamneyinin də onların davamçısı olduğunu bildirib, Avropa ölkələrindən yardım istəyib: məzlum İran xalqına yardım edin ki, bu diktatorlardan, zalım molla rejimindən qurtulsun.

Demokratikmusavat.com

0.23772192001343