Norveç səfiri Rusiya XİN-ə çağırıldı

 

Norveçin Moskvadakı səfiri Robert Kvile Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Norveçdə pilotsuz uçuş aparatlarından istifadə edən rus vətəndaşlarının həbs edilməsidir.

Belə ki, nazirlik Norveçin qəbul etdiyi qərarlara reaksiya verən açıqlama dərc edib.

“Ruslara qarşı cəzaların siyasi motivli olduğu və ədalət prinsipləri ilə heç bir əlaqəsi olmadığını qeyd edirik”,-deyə nazirliyin bəyanatında bildirilib.

0.21940779685974