Elektron siqaret çəkən yeniyetmə öldü

 

Moskva yaxınlığındakı Pavlovski Posadda elektron siqaret çəkən 15 yaşlı yeniyetmə vəfat edib. 

Demokratikmusavat.com lent.az-a istinadla bildirir ki, istintaqdan verilən məlumata görə, noyabrın 27-də iki yeniyetmə Elektroqorsk şəhərinin Krjijanovski küçəsi yaxınlığında gəzirmiş. Bir anda onlardan biri özünü pis hiss edib və huşunu itirib.

Hadisə yerinə gələn həkimlər azyaşlının öldüyünü bildiriblər.

Hazırda oğlanın ölümünün dəqiq səbəbləri müəyyənləşdirilir. Hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib. 

Shot Telegram kanalının məlumatına görə, yeniyetmə elektron siqaret çəkdikdən sonra halı pisləşib. Dostu dərhal təcili yardım çağırsa da, onu xilas etmək mümkün olmayıb.

0.26006889343262