Jurnalist "Azərsu"nu məhkəməyə verdi

 

Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədr müavini "Azərsu" ASC-ni məhkəməyə verib.

Demokratikmusavat.com xəbər verir ki, Məmmədova Sevda Daşdəmir qızı "Azərsu" ASC ilə bağlı məhkəməyə müraciət edib.

Hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti müqavilənin etibarsız hesab edilməsi tələbidir.

Qeyd edək ki, S. Məmmədova həmçinin Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvüdür.

Könül
Demokratikmusavat.com

0.23673915863037