Klaar Bakıya səfərindən yazdı

 

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən həftə Bakıya etdiyi səfəri ilə bağlı bir neçə məqama toxunub.

Demokratikmusavat.com ” xəbər verir ki, Klaar bu barədə öz rəsmi tviter hesabında paylaşım edib. 

Klaar paylaşımında Prezident İlham Əliyevin Avropa İttifaqının vasitəçilik etdiyi formata sadiqliyini vurğulayıb: “Bir sıra çağırışlar qalmaqdadır, gərginliyi azaltmaq və hərtərəfli nizamlanmaya nail olmaq üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin və güclü siyasi iradəyə ehtiyac olacaq”.

Xatırladaq ki, noyabrın 25-i Prezident İlham Əliyev Toivo Klaarı qəbul edib.

0.20356202125549