Futbol matçında qapıçıya hücum etdilər - oyun yarımçıq qaldı

 

"Göztepe" və "Altay" komandaları arasında keçirilən Türkiyə 1-ci Liqasının XV tur oyunu yarımçıq dayandırılıb.

"Demokratikmusavat.com"ın məlumatına görə, buna stadionda baş verən hadisələr səbəb olub.

Qarşılaşmada meydana girən azarkeş "Altay"ın qapıçısı Ozan Evrim Özençi əlindəki çubuqla vurub. 29 yaşlı qolkiper xəstəxanaya aparılıb.

Bundan əlavə, qonaq komandanın fanatlarının istifadə etdiyi pirotexniki vasitələrdən sonra iki tərəfdar ciddi xəsarət alıb. Onlar da xəstəxanaya çatdırılıblar.

0.19920301437378