Ronaldo karyerasını Braziliya çempionatında davam edəcək?

 

Kriştiano Ronaldo karyerasını Braziliya çempionatında davam etdirə bilər.

"Demokratikmusavat.com" "Offsideplus"-a istinadən xəbər verir ki, bu barədə "Veja" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, portuqaliyalı ulduzla “Flamenqo” maraqlanır. Klub rəsmiləri Libertadores kuboku matçları öncəsi hücumçunun komandanı gücləndiricəyinə ümid edir. 

Danışıqların hələ başlamadığı, amma qarşı tərəfin 37 yaşlı oyunçunu transfer etməkdə istəkli olduğu vurğulanıb.

Qeyd edək ki, Ronaldo bir neşə gün əvvəl "Mançester Yunayted"lə müqaviləyə xitam verib. Ulduz oyunçu hazırda DÇ-2022 üçün Portuqaliya yığmasının heyətindədir. İlk oyunda onun komandası Qana üzərində qələbə qazanıb (3:2). Ronaldonun özü isə sözügedən matçda penaltidən fərqlənib.

0.17297291755676