Zəngəzur dəhlizi regional sülh və əməkdaşlığı gücləndirəcək nəqliyyat layihəsidir.
Demokratikmusavat.com xəbər verir ki, bunu Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB), Türk Ticarət və Sənaye Palatasının sədri Mustafa Rifat Hisarcıklıoğlu deyib.
O bildirib ki, bundan Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya dördlüyü, türk dünyası ilə yanaşı, Şərq-Qərb ticarətinin, demək olar ki, bütün iştirakçıları faydalanacaq: "Bu dəhlizin açılması təkcə iqtisadi deyil, həm də siyasi və strateji baxımdan vacibdir. Bununla Azərbaycan həm də Qarabağdakı qələbəsini növbəti dəfə nümayiş etdirmiş olacaq".
"Bu layihənin yerinə yetirilməsi nəqliyyat baxımından mühüm mərhələ olacaq və bizim daşıma xərclərimiz xeyli azalacaq", - deyə M. R. Hisarcıklıoğlu əlavə edib.