Paralel.az " musavat.com-a istinadən bildiri ..."> Paralel.az " musavat.com-a istinadən bildiri ...">

Polisdən qaçan oğrular pulları magistral yola səpdilər

 

Çilinin paytaxtı Santyaqoda ağlasığmaz oğurluq hadisəsi baş verib.

Demokratikmusavat.com musavat.com-a istinadən bildirir ki, oğrular insanların sıx olduğu küçədəki mağazalardan birini qarət ediblər.

Oğrular qartədən dərhal sonra polisin təqibi zamanı oğurlanmış milyonlarla Çili pesosu avtomobil yoluna səpiblər. Polislər onları təqib etməyə başlayanda oğurladıqları pullardan xilas olmaq üçün belə addım atıblar. Təxminən 10 milyon Çili pesosu magistral yola səpilib.

Pulun yola səpilməsi anları kameralara əks olunub. Oğurlanan pullar polislər tərəfindən magistraldan yığışdırılıb. Əvvəllər də oğurluqla məşğul olan 6 soyğunçu isə çox keçmədən yaxalanıb.

0.17966103553772