Ukrayna ordusu daha 11 İran PUA-sını MƏHV ETDİ

 

Rusiya ordusu bu gün Ukrayna ərazisinə 40 raket zərbəsi endirib və İranın 16 pilotsuz uçuş aparatını vurub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 18:00-a olan xülasəsində deyilir.

"Düşmən beynəlxalq humanitar hüquq normalarını, müharibə qanunlarını və adətlərini pozaraq, yenidən mühüm infrastruktur obyektlərinin və mülki əhalinin yaşayış məntəqələrinin kütləvi atəşə tutulmasına əl atıb. İşğalçılar cari gün ərzində 40 raket zərbəsi endirib və İran istehsalı olan “Şahed-136” PUA-sından 16 atəş açıblar", - Baş Qərargahdn bildirilib.

Qeyd olunur ki, 20 qanadlı raket və 11 PUA ukraynalı müdafiəçilər tərəfindən vurulub.

Volın, Rivne, Xarkov, Xmelnitski, Kirovohrad, Çerkassı, Zaporojye, Odessa və Nikolayev vilayətlərinin enerji və mühüm infrastruktur obyektləri düşmən zərbələrinə məruz qalıb.

0.1958749294281