Avropada RUSİYA XOFU: NATO-nun şərq cinahına 14 qırıcı göndərilir

 

İspaniyanın Müdafiə Nazirliyi NATO-nun şərq cinahını gücləndirmək üçün Bolqarıstan və Rumıniyaya 14 döyüş təyyarəsi təhvil verəcək.

Demokratikmusavat.com xəbər verir ki, altı "Eurofighter" qırıcı təyyarəsi və 130 hərbçi yerli qüvvələrə təlim keçmək üçün noyabrın ortaları ilə dekabrın əvvəlləri arasında Bolqarıstana gedəcək. Növbəti yerləşdirmə 2023-cü ilin dekabr-mart ayları arasında Rumıniyaya səkkiz "F18M" döyüş təyyarəsi və 130 hərbçinin göndərilməsini nəzərdə tutur.

Açıqlamada bildirilir ki, oktyabrın 17-dən Rumıniyada 2023-cü ilin iyun ayının sonuna qədər fəaliyyət göstərəcək uzaqmənzilli havadan müşahidə radarı yerləşdirəcək.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra İspaniya tərəfi Bolqarıstan, Litva və Estoniyaya 12 döyüş təyyarəsi göndərib.

Xatırladaq ki, bundan əvvəl İspaniyanın Ukraynaya 4 “Hawk” hava hücumundan müdafiə sistemini təhvil verməyi planlaşdırdığı bildirilirdi.(publika.az)

0.16827988624573