Erməni jurnalist: "Siyasətdə yetimin baxışı belə olur" - FOTO

 

“Siyasətdə yetimin baxışı belə olur”.

Bu barədə Yerevan.Today saytının baş redaktoru Sevak Akopyan öz Facebook səhifəsində yazıb.

“Bu foto İran xarici işlər nazirinin Qafan əhalisinə “Narahat olmayın, biz buradayıq, sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir” dediyi anı əks etdirir. Ararat Mirzoyana baxın, onun görünüşünə fikir verin. Siyasətdə yetimin baxışı belədir. Bu insanlar yetimdir.

Bu insanlar bizim torpağımızdadır və onların yerinə başqa ölkənin xarici işlər naziri deyir: “Qorxmayın, biz sizə kömək edəcəyik…”.

Və bütün absurd budur ki, bu insanlar 2018-2020-ci illərdə suveren olduqlarını, heç kimdən asılı olmadığını bağırırdılar…”,- deyə Akopyan bildirib.

konkret.az

0.22847604751587