Nazirlik Yasamalda ağacların kəsilməsi ilə bağlı məlumat yaydı

 

Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 78 və 90-92 nömrəli yaşayış binalarının arxa hissəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. 

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı ümumilikdə 13 şam ağacının kəsildiyi, kəsilmiş ağaclardan 9-nun bioloji inkişafda, 4-nün isə quru olduğu müəyyən olunub: “Araşdırma zamanı ağacların Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürüldüyü məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib”.

0.21903800964355