Erməni politoloqdan şok etiraf: “Gəlin özümüzü aldatmayaq”

 

“Bu gün bir suala cavab vermək lazımdır: Azərbaycan və Türkiyə ilə müqayisədə Ermənistanın Qərb üçün dəyəri nədir? Yəni bu gün Ermənistanın Qərb üçün hansısa strateji dəyəri varmı? Gəlin özümüzü aldatmayaq…”
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu açıqlamasında politoloq, ABŞ-ın Lexi Universitetinin erməni professoru Arman Qriqoryan Qərbin Ermənistanda hərbi mövcudluğu və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Onun fikrincə, Qərbin Ermənistanda hərbi mövcudluğunu təsəvvür etmək onun üçün çətindir.“Lakin bütün problem ondadır ki, belə bir vəziyyət yaranarsa, gərginlik olarsa, Qərb nə etməyə hazırdır? Bu suallara cavab vermək üçün başqa bir suala cavab vermək lazımdır: Azərbaycan və Türkiyə ilə müqayisədə Ermənistanın Qərb üçün dəyəri nədir?Yəni bu gün Ermənistanın hansısa strateji dəyəri varmı? Gəlin, özümüzü aldatmayaq, bu, Rusiyadan narazılıqdan və Qərblə Rusiya arasındakı münaqişə kontekstində baş verir. Yəni Qərbin Rusiyanı regiondan sıxışdırıb çıxarması üçün hansısa pəncərə açılıb.  Əgər məsələ gündəmdə olmasa, biz o zaman deyə bilmərik ki, nə baş verəcək?”, - ekspert qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.15795302391052