Ermənistanda hərbçi intihar edib

 

Ermənistan ordusunun 44 yaşlı hərbçi  özünü asıb.
“Demokratikmusavat.com ” “shamshyan.com”a istinadən  xəbər verir ki, Yeqqnador polis şöbəsinə Vayots Dzor bölgəsindəki kəndlərdən birində tövlədə kişi meyitinin tapılması barədə məlumat daxil olub.
Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları 44 yaşlı kənd sakininin meyitini adıçəkilən evin tövləsində asılmış vəziyyətdə aşkar ediblər. 
Yaxınlarının sözlərinə görə, o intihar məqsədi ilə özünü asıb.
Saytın məlumatına görə, Zorair D. müqaviləli hərbi qulluqçu olub.

Mürtəza
Demokratikmusavat.com

0.22736597061157