Özbəkistanda silah anbarında partlayış olub

 

Özbəkistanın Sırdərya vilayətində Müdafiə Nazirliyinin anbarında partlayış baş verib.
“Demokratikmusavat.com ” “Interfax”a istinadən  xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Hadisə şənbə günü, oktyabrın 22-də səhər tezdən Sırdərya rayonunun Məlik kəndində baş verib.
Anbarda baş verən partlayışdan sonra başlayan yanğının söndürülüb. Hadisənin səbəbləri araşdırılır.
Respublikanın Səhiyyə Nazirliyindən RİA-Novosti-yə verilən məlumata görə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib. 

Mürtəza
Demokratikmusavat.com

0.42558598518372