“Cermux (İstisu) istiqamətində bütün strateji yüksəkliklər Azərbaycanın nəzarəti altındadır, keçmiş mövqelərimizin 90 faizi hazırda azərbaycanlıların əlindədir. Təxminən 15 mövqe itirmişik”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu QHT sədri, Azərbaycan qarşı savaşlarda iştirak etmiş Serob Qasparyan “hraparak”a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu hər an Cermux şəhərini minaatanlarla yerlə-yeksan edə bilərlər. “Azərbaycan ordusu Cermuxun “Gömer” adlanan hissəsindən cəmi dörd kilometrlik məsafəsində mövqe tutaraq çox ağır tikinti işləri aparır, yollar çəkirlər. Azərbaycan ordusu mövqe ələ keçirən kimi ilk növbədə ora qısa zamanda yollar çəkirlər”- o qeyd edib.
O əlavə edib ki, məqsəd yüksəklik ərazidə yerləşən mövqelərə tez bir zamanda hərbi texnika və qoşunlar həmin yolla hərəkət edə bilsin: “Özü də elə elə sürətli və keyfiyyətli yollar salırlar ki, hətta sərnişin maşınları ilə o dağlarda sürətlə hərəkət edə bilərsən. Azərbaycanlılar öz əsgərlərini düşünərək tikinti işləri görür, külli miqdarda dəmir-betonla səngərlər qazırlar. Qarışqa kimi işləyirlər”.
Qasparyan onu da bildirib ki, bu gün Azərbaycan ordusu Sevan (Göyçə) gölünə nəzarət edirlər: “Hər an gəlib Sevan sahilində oturub deyə bilərlər ki, bura da bizimdir”.
Mürtəza
Demokratikmusavat.com