TDT Baş katibi: Ölkələrimiz arasında hərbi-texniki və hərbi əməkdaşlığı nizamlamışıq

 

“İlk növbədə, bu mükafatı bizim türk xalqlarının görkəmli Liderindən, türk xalqlarının birliyinə çox böyük şəxsi töhfə vermiş insandan qəbul etmək olduqca böyük şərəfdir”.

"Demokratikmusavat.com" xəbər verir ki, bunu Prezident İlham Əliyevin oktyabrın 21-də qəbulu zamanı Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyev deyib.

“Həqiqətən, Siz dediyiniz kimi, mən Türk xalqlarının birliyinin möhkəmlənməsinə, bizim ortaq gələcəyimizin bazasının yaradılmasına töhfə vermək üçün bütün qüvvəmi sərf etmişəm. Bütün bu illər ərzində mən Sizin rəhbərliyinizlə, bizim liderlərin rəhbərliyi ilə və öz komandamla birlikdə çox möhkəm təməl yaratmaq üçün maksimum səy göstərmişik. Bütün bu illər ərzində biz Sizin rəhbərliyinizlə həqiqətən Türk birliyi infrastrukturunu yaratmağa nail olmuşuq. Siyasi əməkdaşlıq reallığa çevrilib, iqtisadi əməkdaşlıq, nəqliyyat sahəsində və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq inkişaf edir. Mədəni-humanitar əməkdaşlıq bizim münasibətlərimizin əsasıdır”, - Baş katib deyib.

Bağdat Amreyevin bildirib ki, biz hətta təhlükəsizlik sahəsində də əməkdaşlığa başlamışıq: “Bu yaxınlarda ölkələrimizin təhlükəsizlik şuraları rəhbərlərinin görüşünü keçirmişik. Bizim xüsusi xidmətlərimiz işləyir. Biz bu sahə üçün yaxşı baza yaratmışıq. Ölkələrimiz arasında həm ikitərəfli əsasda, həm də artıq daha geniş əsasda hərbi-texniki əməkdaşlığı və hərbi əməkdaşlığı nizamlamışıq”.

0.26098489761353