“Hazırda Avropa Rusiyadan istədiyi anda istədiyi kimi təbii qaz ala bilmir”.
“Demokratikmusavat.com ” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Avropanın hazırda gözləntiləri Türkiyədə qaz qovşağının yaradılması halında tələblərin qarşılanıb-qarşılanmamasından ibarətdir.
Ərdoğan, həmçinin qeyd edib ki, Prezident İlham Əliyev Avropanın qaz ehtiyacının “TANAP” vasitəsilə təmin olunması məsələsində müsbət fikirə sahibdir.