İrəvan ermənisinin sülh arzusu: “Azərbaycan xalqına böyük salamlar”

 

İrəvanda artıq çoxsaylı ermənilər səbirsizliklə sülh müqaviləsinin imzalanmasını gözləyir. Bunu İrəvana səfər edən blogerlərin və xarici ölkə jurnalistlərinin hazırladığı reportajlardan da görmək olar.

Demokratikmusavat.com ” xəbər verir ki, bu günlərdə rus jurnalistinin hazırladığı reportajda İrəvan sakini açıq şəkildə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını arzulayaraq, Azərbaycan və azərbaycanlılar haqqında  xoş sözlər işlədir. 

“Azərbaycan çox varlı qonaqpərvər ölkədir. Kimə yardım üçün müraciət etsən, sənə əlini uzadacaq. Mən özüm erməni olsam da, Gəncədə anadan olub orada böyüdüm. Odur ki, mən nəhayətində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəyirəm. İstəsək də, istəməsək də qonşu yaşamağa məhkumuq. Qarşılıqlı və ticari əlaqələr olmalıdır. Onların bura, bizim isə ora səfər etmək imkanımız olmalıdır. Azərbaycanlıların bizə münasibəti yaxşıdır. Rusiyada tez-tez oluram və azərbaycanlılarla görüşürəm və onlarla Azərbaycanca danışıram”, - o deyib.

Sonda erməni Azərbaycan dilində salam göndərməyi də unutmayıb: “İrəvandan Azərbaycan xalqına çox böyük salamlar”.

Mürtəza
Demokratikmusavat.com

0.20328402519226