Çavuşoğlu: Təəssüf ki, sülhlə bağlı yaranan fürsət əldən verildi 

 

Təəssüflər olsun ki, danışıqlar və sülh prosesi ilə bağlı yaranan fürsət əldən verildi. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynada yaranan son böhranı şərh edərkən deyib.

O əlavə edib ki, xüsusilə Rusiyanın bu bölgələrin ilhaqı ilə bağlı “referendum” keçirməsi və səfərbərliklə bağlı atılan addımları vəziyyəti daha da çətinləşdirdi. 

Türkiyənin iki ölkə arasındakı münaqişənin başlanğıcından beynəlxalq hüquqa uyğun prinsipial siyasət yürütdüyünü qeyd edən Çavuşoğlu deyib: “Rusiyanın xoşuna gəlməyən qərarlar verdik, amma Avropa bu məsələdə yetərincə səy göstərmədi. Əgər Qərbin dediklərinə uysaydıq taxıl müqaviləsini bağlaya bilməzdik. İndi Ukrayna böhranından hamı əziyyət çəkir. Ukrayna üçün ədalətli sülh olmalıdır. Türkiyə olaraq biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”- o qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.16007995605469