Kəlbəcər və Daşkəsəndə minalar zərərsizləşdirildi - FOTO

 

Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib.

Müdafiə Nazirliyindən Demokratikmusavat.com a verilən məlumata görə, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.

Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

0.24557709693909