Futbol azarkeşləri üçün Türkiyənin bütün Superliga oyunları daha rahat, keyfiyyətli və əlçatan olacaq! - FOTO

 

Bu surpriz fürsəti isə bizə “Digitürk beİN Media Group“ şirkəti ilə Konnekt” QSC yaradır.

 

Ötən gün həm idman azarkeşləri, həm də müxtəlif film və layihələrin xüsusi izləyiciləri üçün iki şirkət arasında yeni və uğurlu əməkdaşlığa imza atıldı. Türkiyənin böyük “Digitürk beİN Media Group” şirkəti ilə yerli “Konnekt” QSC arasında gerçəkləşən bu əməkdaşlıq rəqəmsal televiziyada izləyicilər üçün geniş seçim imkanı yaradacaq. Hər iki şirkət arasında imzalanan razılaşmaya əsasən, beİn Sports Superlig futbol oyunları, həmçinin Türkiyənin məşhur “Digitürk” platformasında yayımlanan bütün kanallar “Konnekt” QSC vasitəsilə ölkəmizin istənilən nöqtəsində izlənilə biləcək.  Sizi qısa da olsa məlumatlandıraq ki, qonağımız olan “Digitürk beİN Media Group” şirkəti ABŞ, Kanada, həmçinin İngiltərə, İspaniya, Fransa, Almaniya, Orta Şərq, Orta Asiya, Afrika ölkələri də daxil olmaqla dünyanın çoxsaylı ölkələrində fəaliyyət göstərir və 6 milyona yaxın izləyici ilə görüşür. Lakin dünyada bu qədər geniş fəaliyyətinə baxmayaraq şirkət, “Konnekt” QSC vasitəsilə azərbaycanlı izləyicilərin qarşısına çıxmasını xüsusi qiymətləndirir. Əlbəttə, Türkiyədə və dünyada rəqəmsal televiziya platformasında öz sözünü deyən belə bir şirkətin “Konnekt” QSC ilə ilk və tək əməkdaşlığı da təsadüfi deyil. Xatırladaq ki, “Konnekt” QSC ölkəmizdə 4K yayımına reallaşdıran ilk şirkət olaraq Nigeriya və Benində də rəqəmsal televiziya keçid prosesini həyata keçirib. Şirkət, həmçinin, Qırğızıstanda kabel operatorunun baş stansiya və şəbəkəsinin qurulmasını təmin edib.

Yeni işbirliyinin bir az da biz izləyicilərin həyatına gətirdiyi yeniliklər haqqında danışaq. “Digitürk-Konnekt TV” HD rəqəmsal yayım paketlərini əldə etməklə biz  150-dən artıq kanal izləyə biləcəyik. Və bu kanallar vasitəsilə çoxlu sayda fərqli, maraqlı, yerli televiziyalarda izləyə bilmədiyimiz film, serial və TV layihələrlə tanış olacağıq. Bu isə izləyici üçün yerli televiziya maştabından çıxaraq, dünyanın dörd bir tərəfində fərqli zövqlərə xitab edən, dünyagörüşünü artıran, geniş və zövqlü seçim imkanı deməkdir. Həmçinin, futbol azarkeşləri bu yayım paketini əldə etməklə Sports Superlig oyunlarının həyəcanını yaşaya biləcəklər. Bundan əlavə, biz daha keyfiyyətli və yüksək standartları qoruyan bir yayım ilə qarşılaşacağıq. 

Qeyd edək ki, şirkət tərəfindən müştərilər üçün 3, 6 və 12 aylıq ödəmə paketləri təqdim olunur. Uzunmüddətli əməkdaşlıq edən müştərilər üçün isə xüsusi imkanlar yaradılır.

Azərbaycan və Türkiyə bütün əməkdaşlıqlarında hər zaman “Bir millət, iki dövlət” prinsipini üstün tutur. İndi bu prinsip sözün əsl mənasında rəqəmsal televiziyaya da təsir edəcək.  Azərbaycanlı izləyicilər, qardaş ölkənin izləyiciləri ilə eyni  platformada, daha da yaxın olacaqlar!

0.19236207008362