Bayden Rusiya və Belarusa dollar verilməsini qadağan etdi

 

ABŞ Prezidenti Co Bayden yeni qanun imzalayıb.

Demokratikmusavat.com xəbər verir ki, qanuna əsasən, Rusiya və Belarusa onların sərəncamlarında olan Beynəlxalq Valyuta Fondunun (BVF) vəsaitləri müqabilində dollar verilməsi qadağan edilir. ABŞ maliyyə nazirinə göstəriş verilib ki, Rusiya və ya Belarusa məxsus xüsusi borcalma hüquqlarının mübadiləsi ilə bağlı əməliyyatların həyata keçirilməsi qadağandır.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident yeni qanun imzalayıb. Qanuna əsasən, maliyyə nazirinə Rusiya və ya Belarusa məxsus xüsusi borcalma hüquqlarının mübadiləsi ilə bağlı əməliyyatları həyata keçirmək qadağan edilir”, - deyə sənəddə qeyd edilir.(oxu.az)

0.22799611091614