Xəzərin səviyyəsi qalxdı: maşınlar suyun içində qaldı - VİDEO

 

Qazaxıstanın Atırau vilayətində Xəzər dənizində suyun səviyyəsi qəfil qalxıb.

Demokratikmusavat.com “KazTAG”a istinadla xəbər verir ki, hadisə nəticəsində 10-a yaxın avtomobil suyun altında qalıb.

“10-a yaxın avtomobil (sahibi - balıqçılar, ovçular) qismən su altında qalıb. Ölənlər barədə məlumat yoxdur”, - Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ruslan İmankulov bildirib.

Artıq suyun çəkildiyi qeyd edilir. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Xəzər dənizinin sahilində yerləşən İsatay kəndindən 40 kilometr aralıda güclü külək nəticəsində suyun səviyyəsi qalxıb. 

Bildirilib ki, Küləyin sürəti saniyədə 23 metrə çatıb.

Billurə

0.2342700958252