Keçmiş nazir müavini Ali Məhkəməyə çıxarılır

 

Mədəniyyət nazirinin həbsdə olan sabiq müavini Rafiq Bayramov bu gün Ali Məhkəməyə çıxarılacaq.

Demokratikmusavat.com ” xəbər verir ki, R.Bayramov məhkəmədən ona bəraət verilməsini istəyir. Prosesə Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Nazim Mövsümov sədrlik edəcək.

Qeyd edək ki, R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib. Hazırda R.Bayramovun həbs müddətinin başa çatmasına 2 il qalır.

0.25194716453552