Klub tapa bilmədiyi üçün karyerasın bitirdi

 

Almaniya millisinin keçmiş futbolçusu Qonsalo Kastro karyerasını bitirib.

Demokratikmusavat.com ”  xəbər verir ki, bunu 35 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.

“Arminiya” ilə bu yay başa çatan müqaviləsinin ardından azad agent statusu alan Kastro yeni klub tapa bilməyib. Bu üzdən də o, futbolla vidalaşmaq qərarına gəlib.

Kastro Dortmund “Borussiya”sı, “Bayer” və “Ştutqart” kimi klublarda oynayıb.

Yarımmüdafiəçi Bundesliqada 421 oyunda 38 qol və 80 ötürməyə imza atıb. O, 2007-ci ildə debüt etdiyi Almaniya millisində 5 oyun keçirib.

0.23958897590637