Zelenski: “Ukrayna sürətli şəkildə NATO-ya üzvlük üçün müraciət edir”

 

Kiyev sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq üçün müraciət edib.

Demokratikmusavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“De-fakto, biz artıq NATO-da yol qət etmişdik. Şimali Atlantika Alyansının standartlarına uyğunluğu da sübut etmişik. Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir”, - Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçirilən iclasının yekunlarına dair videomüraciətində deyib.

0.18926596641541