İranda polis bölməsinə hücum: 2 ölü

 

İranın Xuzistan əyalətinin Zahidan şəhərində polis bölməsinə silahlı hücum olub.

"Demokratikmusavat.com"  xəbər verir ki, naməlum şəxslər polis bölməsini atəşə tutublar.

Məlumatlı mənbənin verdiyi xəbərə görə, terror hücumu nəticəsində çox sayda polis əməkdaşı, yoldan keçən bir neçə nəfər yaralanıb. Yaralılar Zahidan xəstəxanalarına aparılıb.

Bu hücumdan sonra Sistan və Bəlucistan Təhlükəsizlik Şurası bildiriş yayaraq xalqı sakitliyə dəvət edib və yayılan şayiələrə əhəmiyyət verməməyi xahiş edib.

Yaralananlar və ölənlərin dəqiq sayı barədə məlumat verilməyib.

Fars agentliyinin məlumatına görə, ən azı 2 nəfər ölüb, onlarla insan yaralanıb.

Eyni zamanda, bu gün Zahidan şəhərində bir yanğınsöndürən maşın, bir təcili yardım stansiyası və bir bank şöbəsi etirazçılar tərəfindən yandırılıb. Həmçinin naməlum şəxs günorta namazı vaxtı avtobusu namaz qılanların üstünə sürüb. Yaralıların olduğu bildirilir.

0.27459120750427