"Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır"

 

"Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır".

"Demokratikmusavat.com" xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Dövlət başçısı iki ölkə arasında çox fəal siyasi dialoqun olduğunu vurğulayıb: "Biz ənənəvi olaraq dostluq münasibətlərinə malikik, həqiqi və səmimi əməkdaşlıq edirik. Cənab Əliyev və mən ikitərəfli münasibətlərimizi, onların mövcud vəziyyətini, qarşımızda duran çağırışları müzakirə etdik və əlbəttə ki, yeni imkanları nəzərdən keçirdik. Böyük məmnuniyyətlə deyə bilərəm ki, ölkələrimiz arasında ən yüksək səviyyədə çox fəal siyasi dialoq var. Biz artıq bunun sayəsində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır. Mən çox şadam ki, bu məsələdə də mövqelərimiz üst-üstə düşür və biz həmin bu praqmatik və səmərəli əməkdaşlığımızı bir çox sahələr üzrə irəli aparmaq niyyətindəyik".

0.16822290420532