Ermənistan parlamentinin Müdafiə Komitəsinin sədri Andranik Köçəryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq məsələsini müzakirə etmək üçün bir qrup ictimai xadimi və fəalı qəbul edib.
“Demokratikmusavat.com ” “hraparak”a istinadən xəbər verir ki, bu barədə parlamentin Müdafiə komitəsinin sədr müavini Azat Arşakyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, belə bir təşəbbüslə vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edib.
“KTMT təşəbbüsü ilə çıxış edənlər parlamentin Müdafiə komitəsinin sədri ilə görüş istəyiblər və rədd cavabı almayıblar”, - o qeyd edib.
Qapalı müzakirədə “Respublika naminə” partiyasının sədri Arman Babacanyan, politoloqlar Ruben Mehrabyan, Hovsep Xurşudyan və başqaları iştirak edib.
Mürtəza
Demokratikmusavat.com