Azərbaycan və Ermənistan bunu istəməyib  - Aleksey Overçuk

 

“Cənubi Qafqaz bütün tarixi boyu sivilizasiyaların və ticarət yollarının kəsişməsi, faktiki olaraq Avrasiyanın geoiqtisadi qovşağı olub. Əsas olanı görmək vacibdir - regionda olanların heç birinə münaqişə lazım deyil, hamı kommunikasiyanın inkişafında maraqlıdır və bu prosesdə iştirak etmək istəyir”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun fikrincə, sərhəddə vəziyyətin hər dəfə gərginləşməsi, danışıqlar prosesini ləngidir. 

“Hər dəfə yeni iştirakçılar ora daxil olmağa çalışdıqda proses yavaşlayır. Bəlkə də bu xoş niyyətlə edilir. Hər dəfə bu baş verəndən sonra danışıqlarda fasilə yaranır və vəziyyət bir qədər sakitləşib aydınlaşmasına qədər gözləmək lazım gəlir”, - o qeyd edib.

Onun sözlərinə görə, hər iki tərəf qonşularla münaqişədə yaşamağın mümkün olmadığını yaxşı başa düşür və sülhə can atırlar. 

“Demək olar ki, sentyabr faciəsindən dərhal sonra hər iki tərəfdən danışıqlar aparan həmkarlarımla üzbəüz görüşə bildim. Hadisələrin belə inkişafını tərəflərdən heç biri istəməyib, lakin gərginlik və inamsızlıq o həddə çatıb ki, tərəflərin hər birinin ehtiyatsız hərəkəti heç kimin istəmədiyi nəticələrə səbəb ola bilər”, - o vurğulayıb.

Mürtəza
Demokratikmusavat.com

0.16656517982483