Bakıda çəkilmiş bu görüntülər müzakirələrə səbəb oldu - VİDEO

 

Həddindən artıq sərnişin daşıyan marşrut avtobusunun görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Demokratikmusavat.com xəbər verir ki, avtobusun görüntülərini radio aparıcısı Tural Yusifov sosial şəbəkə hesabında paylaşıb.

Videodan aydın olur ki, avtobusda sərnişin sayı nəzərdə tutulan normadan artıqdır. Bu səbəbdən avtobus sağa əyilmiş şəkildə, təhlükəli vəziyyətdə hərəkət edir.
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, sözügedən avtobusun metronun “Memar Əcəmi” stansiyasından Masazır qəsəbəsi istiqamətində hərəkət edən 525 nömrəli marşrut xəttinə məxsus olduğu bildirilir. 

0.41370892524719