Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə iki-üç il çəkməyəcək, daha tez başa çatacaq.
"Demokratikmusavat.com" "axar.az"-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
"Rusiyanın resursları var. Onlar döyüşəcəklər. Bu müharibə iki-üç il davam edəcək? Məncə, yox. Bu müharibə çətin ki, bir neçə il çəksin", - o bildirib.
Jdanov Rusiyadakı problemlərin, o cümlədən elan edilmiş səfərbərliklə bağlı gərginliyin yalnız artacağını proqnozlaşdırır.