“Şimal axını”nda sızmalar böyük iqlim fəlakətinə səbəb ola bilər

 

“Şimal axını” və “Şimal axını 2” boru kəmərlərində baş vermiş qəzanın nəticələri görünməmiş iqlim fəlakətinə səbəb ola bilər.

Nəzərə alsaq ki, son 20 il ərzində bir ton metan iqlimə karbon dioksiddən 80 dəfə çox təsir edir, böyük miqyaslı və son dərəcə təhlükəli sızma ehtimalı ciddi narahatlıq doğurur.

Mütəxəssislərin sözlərinə görə, hazırda atmosferə buraxılan metanın dəqiq miqdarını müəyyən etmək olduqca çətindir. Tədqiqatçıların ilkin hesablamalarına görə, metan tullantılarının səviyyəsi 115 min tona çata bilər ki, bu da təxminən 2 milyon avtomobilin illik emissiyasına bərabərdir.(oxu.az)

0.13458108901978