İlin sonuna qədər yeni yol xəritəsi qəbul ediləcək

 

Avropa İttifaqı (Aİ) və NATO 2022-ci ilin sonuna qədər strateji əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcək yeni yol xəritəsini qəbul etməyi planlaşdırır.

"Demokratikmusavat.com"  xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino ABŞ-ın Avropa Siyasətinin Təhlili Mərkəzinin təşkil etdiyi forumda deyib.

"Bizim strateji tərəfdaşlığımızı yeni səviyyəyə çıxarmağın vaxtı çatıb. Birlikdə 2022-ci ilin sonuna kimi qəbul edilməsi planlaşdırılan yeni yol xəritəsini hazırlayırıq", - Sannino bildirib.

0.17334294319153