Gürcüstan Prezidenti Lukaşenkonu Abxaziyaya səfərinə görə QINADI

 

Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun işğal altındakı Abxaziyaya səfərini qınayıb.

"Demokratikmusavat.com" xəbər verir ki, S.Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

"Mən Aleksandr Lukaşenkonun işğal edilmiş Abxaziyaya səfərini şiddətli şəkildə qınayıram. Bu Gürcüstanın İşğal Altındakı Ərazilər Qanununun, bizim ikitərəfli əlaqələrimizin prinsiplərinin və beynəlxalq hüququn qəbuledilməz pozuntusudur ",- deyə Prezident bildirib.

0.14380097389221