Kraliça II Elizabetin ölüm səbəbi gizli saxlanılır

 

Sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində 96 yaşında dünyasını dəyişən Kraliça Elizabetin ölüm səbəbi hələ də açıqlanmır. 

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Şotlandiya Milli Qeydləri (NRS) səlahiyyətliləri Kraliçanın ölüm haqqında şəhadətnaməsini görmək istəyən media orqanlarını müəmmalı şəkildə blokladığı məlum olub.

Mətbuat isə II Elizabetin ölüm səbəbinin Şotlandiya rəsmiləri tərəfindən gizli saxlandığını yazıb.
Kraliçanın n ölüm şəhadətnaməsi əslində ictimai məsələdir. Lakin Britaniya mediası Şotlandiya hökumətinə sənəd üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, cavab ala bilməyib.

Ölüm şəhadətnaməsi ilə Kraliçanın ölüm səbəbi, harada və nə vaxt öldüyü də daxil olmaqla bir çox detallar üzə çıxa bilər.

Qeyd olunur ki, Kraliça İngiltərədə ölsəydi, 1836-cı il Qeydiyyat Aktı monarxlara şamil olunmadığından, rəsmi ölüm səbəbinin açıqlanmasına ehtiyac qalmazdı. Amma kraliça Doğumların, Ölümlərin və Nikahların Qeydiyyatı Qanununun qüvvədə olduğu Şotlandiya torpağında vəfat etdiyinə görə, bütün ölümlər yeddi gün ərzində qeydiyyata alınmalıdır, o cümlədən qeydiyyatçıya ölüm şəhadətnaməsi təqdim edilməlidir.

Billurə

 

0.24249696731567