Luqansk və Xerson Rusiyaya birləşmək üçün rəsmi müraciət edib - KİV

 

Ukraynanın 4 vilayətində keçirilən referendumun nəticəsindən sonra Luqansk və Xerson liderləri Rusiyaya birləşmək üçün rəsmən müraciət edib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın nəzarətində olan Ukraynanın Luqansk, Donetsk, Zaporojya və Xerson bölgələrində Rusiyanın birləşməsi üçün sentyabrın 23-də başlayan referendumda səsvermə prosesi dünən başa çatıb.

Avropa və Ukrayna qanunsuz olduğunu bildirdikləri referendumun nəticəsinin əvvəldən bəlli olduğunu vurğulayaraq, nəticələrin heç vaxt tanınmayacağını açıqlayıb.

Rusiya mediası dünən səsvermə prosesi bitməzdən əvvəl ilk nəticələri açıqlayıb və iddia edib ki, hər 4 region Rusiyada iştiraka böyük dəstək verib.

Seçki rəsmilərinin verdiyi açıqlamalara görə, Rusiyaya qoşulmaq istəyənlərin nisbəti Donestk Xalq Respublikasında 99, Luqansk Xalq Respublikasında 98, Zaporojye vilayətində 93, Xersonda isə 87 faiz təşkil edib.

Seçkilərin nəticələrinin aydın olması ilə Luqansk lideri Leonid Paseçnik və Xerson lideri Vladimir Saldo Rusiyaya qoşulmaq üçün Kremlə rəsmi müraciət etdiklərini açıqlayıblar.

Qeyd edək ki, sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putinin referendumun keçirildiyi Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan edəcəyi gözlənilir.

Billurə

 

0.15755605697632