Ən çox qoyulan adlar - SİYAHI

 

Demokratikmusavat.com  populyar adların yenilənmiş statistikasına nəzər salıb.

Ədliyyə Nazirliyinin hesabatına görə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda doğulmuş oğlanlara ən çox Uğur adı qoyulub: 1417 uşaq.

Əli adı 1340, Hüseyn adı 1258 uşağa məsləhət görülüb.

Qalan populyar adlar belə sıralanır: Yusif – 1179 uşaq, Məhəmməd – 915, Ömər – 781, Raul – 772, Murad – 752, Adəm – 614, Tunar – 593.

Qız adları arasında Zəhra liderdir: bu ad yanvar-avqust aylarında 1325 uşağa verilib.

İlk onluqda Məryəm (1086 uşaq), Aylin (1076), Zeynəb (1060), Fatimə (906), Nilay (897), Mələk (866), İnci (727), Ayla (709), Nuray (704) adları da var.

2018-2022-ci illərin ən populyar adları Zəhra (9903 uşaq) və Yusifdir (9706).

0.13184785842896