Paralel.az xəbər ..."> Paralel.az xəbər ...">

"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

 

İspaniyanın "Real Madrid" klubu 2023-cü ilin yayında iki futbolçusu ilə yollarını ayıracaq.

Demokratikmusavat.com xəbər verir ki, Marko Asensio və Mariano Diasın başa çatan müqavilələri yenilənməyəcək.

"Kral klubu" Toni Kroos və Kərim Benzemaya yeni sözləşmə təklif edəcək. Təcrübəli oyunçuların hansı qərar verəcəyi bəlli deyil.

Paytaxt təmsilçisinin Naço Fernandeslə danışıqları davam edir. Dani Sebalyosun komandadakı taleyinə aydınlıq gəlməyib.

Qeyd edək ki, Marko Asensio 2016, Mariano Dias isə 2018-ci ildən "Real Madrid"də çıxış edir.

0.05971097946167