Quterreş nüvə təhlükəsi ilə bağlı dünya ölkələrinə müraciət edib

 

BMT Baş katibi Antonio Quterreş nüvə təhlükəsi ilə bağlı dünya ölkələrinə müraciət edib.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə o, tviterdə yazıb.

Nüvə təhlükəsinin xəyal olmadığını qeyd edən baş katib müraciətində bildirib: "Mən bütün ölkələri gərginliyi və riskləri azaltmağa, eləcə də nüvə təhlükəsinin aradan qaldırılması üçün konsesus əldə edilməsinə çağırıram".

Quterreş həmçinin vurğulayıb ki, sözügedən təhlükəni aradan qaldırmaq mümkündür və buna ehtiyac var.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar.

0.23002696037292